
Avrasiya regionunda Ermənistan 1,8 faizlik payla qarşılıqlı yığılmış investisiyalarda əhəmiyyətli artım nümayiş etdirib. Bu barədə Avrasiya İnkişaf Bankının hesabatında deyilir.
Qarşılıqlı birbaşa xarici investisiyalar 2022-ci ildəki 62 milyon dollardan 2024-cü ilin birinci yarısında 13,5 dəfədən çox olmaqla 841 milyon dollara yüksəlib.
Buna 2023-cü ildə Moskvanın “Metropolis” ticarət evini təxminən 700 milyon dollara alan Ermənistanın “Balchug Capital” şirkətinin iri əməliyyatı kömək edib.
Bu layihə son iki ildə başlanmış yeni sövdələşmələr arasında Avrasiya regionunda ən böyüyü olub.
Ermənistanın Avrasiya regionunda investisiya layihələrinin sayı 10-dur.
Bundan əlavə, Ermənistan qarşılıqlı birbaşa xarici investisiyaların həcmini 34%, 2016-cı ildəki 2,7 milyard dollardan 2024-cü ilin iyulunda 3,7 milyard dollara çatdırmaqla öz mövqeyini möhkəmləndirir ki, bu da Ermənistanın xarici investorlar üçün cəlbediciliyindən xəbər verir.
Qeyd olunur ki, MDB-də 2022-ci illə müqayisədə kapital ixracında ən böyük artım müvafiq olaraq 20 dəfə 819 milyon dollara və 6 dəfə 167 milyon dollara qədər Ermənistan və Özbəkistanda olub.







