BaşlıcaSiyasət

Rusiya və Ukrayna Azərbaycanın vasitəçiliyi ilə qaz müqaviləsi ilə bağlı razılığa gələ bilməyib: Reuters

Moskva və Kiyev Azərbaycanın vasitəçiliyi ilə Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya ixracının davam etdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər.

Avropa İttifaqı və Ukrayna Azərbaycandan Rusiya ilə bu il başa çatacaq qaz tranziti sazişi ilə bağlı müzakirələrə töhfə verməsini xahiş edib.

Qeyd olunur ki, SOCAR bir ilə yaxın Rusiya və Ukrayna enerji şirkətləri arasında aparılan danışıqlarda vasitəçilik edib.

Mayın 2-də İstanbulda, avqustun 29-da isə Vyanada yüksək səviyyəli görüşlərin keçirildiyi vurğulanır.

Daha çox göstər
Back to top button