
Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sargsyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkini qəbul edib.
Bu barədə ER Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Rusiya səfiri Arpin Sargsyanı təbrik edib və Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin təbrik məktubunu çatdırıb.
O, səmərəli əməkdaşlığa görə səfirə təşəkkürünü bildirib, ikitərəfli tərəfdaşlığın davam etdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.







