
MDB ölkələrinin rəhbərləri dekabrın 25-də Leninqrad vilayətində keçiriləcək qeyri-rəsmi görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
ТАСС agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, MDB ölkələrinin liderləri qeyri-rəsmi müzakirə zamanı 2025-ci ildə Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
“Onların hamısını Moskvaya dəvət ediblər və biz onların hamısını Moskva sammitində gözləyirik”, – Uşakov vurğulayıb.
Rusiyanın РИА Новости agentliyinin verdiyi məlumata görə, o qeyd edib ki, dekabrın 26-da Ermənistanın baş nazirinin ev sahibliyi ilə keçiriləcək sammitdə Avrasiya İqtisadi İttifaqı ölkələrinin liderlərinin ümumi qaz bazarlarının formalaşdırılmasını müzakirə edəcəklər.







