Başlıcaİctimaiyyət
AZAL təyyarəsi Aktauda qəzaya uğrayıb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qazaxıstan KİV xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb. Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qazaxıstan FHN-in məlumatına görə, 25 nəfər xəstəxanaya yerləşdirilib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına səbəb quşlarla toqquşması olub.







