BaşlıcaSiyasət

Moskva Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupunun bütün strukturlarını ləğv etməyi təklif edir

Dağlıq Qarabağın nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun bütün strukturları ləğv edilməlidir.

“Armenpress”in məlumatına görə, bu barədə dekabrın 25-də keçirilən həftəlik mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Minsk konfransının bütün strukturları, yəni Minsk qrupu və Dağlıq Qarabağın nizamlanması üzrə ATƏT-in səlahiyyətlərini icra edən nümayəndəsinin vəzifəsi ləğv olunmalıdır. Hesab edirik ki, müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və Yerevanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir”, – deyə o qeyd edib.

Zaxarova vurğulayıb ki, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammit nəticəsində Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdıqdan sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı aktuallığını itirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, MQ həmsədrləri Fransa və ABŞ 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əlaqələri dayandırıblar. Onun sözlərinə görə, hər şey Qərb dövlətlərinin həmin formatın işinə mane olması ilə başlayıb.

Daha çox göstər
Back to top button