BaşlıcaSiyasət

Paşinyan dövründə Ermənistanla Rusiya arasında ticarət belə dəyişdi

Ermənistanda hökumət dəyişdiyi 2018-ci ildən 2023-cü ilə qədər Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Bunu Ermənistan Statistika Komitəsinin məlumatları sübut edir.

Əgər 2018-ci ilin sonunda Rusiya ilə ticarət dövriyyəsi 1,9 milyard dollardan bir qədər çox olubsa, 2023-cü ilin sonunda bu rəqəm 8 milyard dollara yaxın olub.

2018-2023-cü illər üçün Rusiya ilə ticarət dövriyyəsinin göstəriciləri aşağıdakılardır:

2018-ci ildə ticarət dövriyyəsi 1 milyard 925 milyon 814 min dollar (ixrac 666 milyon 126 min 100 dollar, idxal 1 milyard 259 milyon 687 min 900 dollar),

2019-cu ildə: 2 milyard 225 milyon 368 min 200 dollar (ixrac – 741 milyon 441 min 500 dollar, idxal: 1 milyard 483 milyon 926 min 700 dollar),

2020-ci ildə 2 milyard 157 milyon 734 min 300 dollar (ixrac – 680 milyon 337 min 800 dollar, idxal – 1 milyard 477 milyon 396 min 500 dollar),

2021-ci ildə 2 milyard 626 milyon 093 min 700 dollar (ixrac – 840 milyon 679 min 600 dollar, idxal: 1 milyard 785 milyon 414 min 100 dollar),

2022-ci ildə 5 milyard 099 milyon 899 min dollar (ixrac – 2 milyard 462 milyon 777 min 200 dollar, idxal: 2 milyard 637 milyon 121 min 800 dollar),

2023-cü ildə – 7 milyard 923 milyon 946 min 500 dollar (ixrac – 3 milyard 540 milyon 192 min 100 dollar, idxal: 4 milyard 383 milyon 754 min 400 dollar).

Bəzi proqnozlara görə, 2024-cü ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər.

Daha çox göstər
Back to top button