
Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək.
Bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.
“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək, lakin onlara təyyarə qəzasının araşdırılmasında iştirak edə biləcək”, – o deyib.
Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.







