
“Lidian Armenia” QSC-nin səhmlərinin 12,5 faizi ER hökumətinə verilib.
“Armenpress”in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan öz Facebook səhifəsində yazıb. O qeyd edib ki, müqavilənin imzalanması mərasimi dekabrın 27-də ER İqtisadiyyat Nazirliyində keçirilib.
Sənədi ER hökuməti adından ER iqtisadiyyat naziri Gevorq Papoyan, “Lidian Ermənistan” Qapalı Səhmdar Cəmiyyəti adından isə direktor Hayk Aloyan imzalayıblar.
Layihəyə artıq 500 milyon ABŞ dolları sərmayə qoyulub, daha 250 milyon dollar sərmayə qoyulması planlaşdırılır və 1000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Nazir Gevorq Papoyanın sözlərinə görə, bu müqavilənin imzalanması o deməkdir ki, bütün mərhələlər uğurla keçilib, çox təfərrüatlı iş aparılıb və bütün risklər və ya qaldırılan narahatlıqlar aradan qaldırılıb.
“Lidian Armenia” QSC-nin direktoru Hayk Aloyan jurnalistlərin suallarına cavab olaraq bildirib ki, Amulsar mədənində tikinti işlərinə növbəti rübdə başlanılacaq, faktiki istismar isə 2025-ci ilin dördüncü rübünə planlaşdırılır.







