BaşlıcaSiyasət

Bakıda Fransanın vətəndaşı Martin Rayanın məhkəməsi başlayıb

Bazar ertəsi günü Bakıda Fransanın vətəndaşı Martin Rayanın məhkəməsi başlayıb. Azərbaycan hakimiyyəti onu casusluqda ittiham edir.

 Bildirilir ki, Rayan “hissəvi olaraq öz günahını etiraf edib”. Ona 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər, bu barədə “Azadlıq” radiosu xəbər verir.

Martin Rayan 2023-cü ilin dekabrında həbs olunub. O, 2020-ci ildən Bakıda fəaliyyət göstərən “Merkorama” ticarət şirkətinə rəhbərlik edib.

Şirkət həmçinin Azərbaycanda ixracat və biznes aparılması məsələləri ilə bağlı xarici şirkətlərə məsləhət verib.

İttiham tərəfinin iddiasına görə, Rayan Azərbaycan-Türkiyə, İran və Pakistan arasında hərbi əməkdaşlıqla bağlı gizli məlumatlar toplayıb, həmçinin azərbaycanlıları Fransa kəşfiyyat orqanları ilə əməkdaşlıq etməyə cəlb edib.

 Rayan özü məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən hərəkətləri yerinə yetirdiyini qəbul edir, lakin bunları bilməyərəkdən və günah olduğunu anlamadan edib.

Onun vəkili isə bildirib ki, müvəkkilini Fransa kəşfiyyat xidmətləri aldadıblar.

Rayanla bağlı işə dövlətə xəyanətdə ittiham olunan azərbaycanlı Azad Məmməd də cəlb olunub. Məhkəmədə o, öz günahını qəbul etməyib.

Hüquq müdafiəçiləri Rayan və Məmmədin işini siyasiləşdirilmiş hesab edirlər, bu barədə “Kavkazskiy Uzel” xəbər verir.

Daha çox göstər
Back to top button