BaşlıcaSiyasət

İranın TŞ katibi Tehranın regionda istənilən geosiyasi dəyişikliyə qarşı olduğunu vurğulayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşündə Tehranın region ölkələri arasında siyasi, təhlükəsizlik və iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bu barədə İranın İRNA agentliyi Armen Qriqoryanla Əli Əkbər Əhmədian arasında keçirilən görüşün təfərrüatlarını təqdim edərək bildirib.

İran xəbər agentliyinin məlumatına görə, görüş zamanı iki rəsmi regional məsələləri müzakirə edib və Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.

 “Əhmədiyan İranın regional siyasətini açıqlayıb, Tehranın regionda istənilən geosiyasi dəyişikliyə prinsipial etirazını vurğulayıb” – deyə məlumatda bildirilir.

Bildirilir ki, tərəflər ölkələr arasında siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafından qarşılıqlı məmnunluq ifadə ediblər.

“Armen Qriqoryan, öz növbəsində, Ermənistanın Şimal-Cənub dəhlizində öz rolunu genişləndirməkdə və İranın Çabahar limanının strateji imkanlarından istifadə etməkdə maraqlı olduğunu vurğuladı” – deyərək İran mediası qeyd edir.

Daha çox göstər
Back to top button