
Azərbaycan hökumətinin Ermənistanı işğal etmək planı artıq ikinci dəfədir ki, Hariçavankı Azərbaycan irsi kimi təqdim edir. Bu barədə Ermənistanın keçmiş hüquq müdafiəçisi Arman Tatoyan yazıb.
“Azərbaycan hökumət televiziyası Ermənistanın Şirak rayonundakı Hariçavank monastır kompleksini tarixi faktları saxtalaşdıraraq “Qərbi Azərbaycan” mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir.
Bu videoda Hariçavank Alban dini və mədəniyyət irsi kimi təqdim olunur. Ermənilərin ilk xristian xalqı olması faktını inkar etməyə cəhd edilir.
Video Azərbaycan dövlətinin ermənilərə qarşı irqçilik və düşmənçilik təbliğatının bir hissəsidir ki, bu da ardıcıl saxtalaşdırmalar vasitəsilə Ermənistana qarşı təcavüzə zəmin yaradır.
“Hariçavank Erməni Opostol Müqəddəs Kilsəsinin monastır komplekslərindən biridir, əsası erkən orta əsrlərdə qoyulmuşdur və tarixən ermənilər üçün təkcə mənəvi mərkəz deyil, həm də mühüm təhsil və mədəniyyət mərkəzi olmuşdur”.







