
Avropa Parlamentində Almaniyanı təmsil edən deputat Martin Sonneborn Azərbaycanın kommunikasiya strategiyasının həyasız və açıq-aşkar yalanlara əsaslandığını hesab edir.
Brüsseldə jurnalist ilə söhbətində almaniyalı avroparlamentar, Azərbaycanın prezidenti İlham Əliyevin Ermənistan ünvanına etdiyi son aqressiv və hədələyici açıqlamalarına toxunaraq bildirib ki, Əliyevin məqsədi azadlığı və demokratiyanı məhv etməkdir, lakin o, bu işdə müvəffəq olmamalıdır.
Azərbaycanın kommunikasiya strategiyası, həmişə olduğu kimi, açıq-aşkar yalanlara və həyasız təbliğata əsaslanır.
Həqiqi faşist kimi, Əliyevin məqsədi azadlığı və demokratiyanı məhv etməkdir.
O, bunu Qarabağda etdi, indi də Ermənistana hədə-qorxu gəlir. O, uğur qazanmamalıdır” – deyə Avropa Parlamentinin deputatı Martin Sonneborn bildirib.







