Ekspert: “Avropa Birliyinin müşahidəçilərinin Ermənistanda mövcudluğu təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir”

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə yüksək nümayəndəsi Ermənistanda AvropaBirliyinin mülki missiyasının yerləşdirilməsini daha iki il uzatmağı təklif edib.
Bu barədə “Azadutyun”a nümayəndənin mətbuat xidmətindən məlumat verilib. Ekspertlər bu xəbəri müsbət qiymətləndirir və qeyd edirlər ki, Aİ müşahidəçilərinin Ermənistanda mövcudluğu çəkindirici amil kimi çıxış edir və lazım gəldikdə Bakıya qarşı Aİ-nin əlində alət ola bilər.
Avropa Birliyinin müşahidə missiyasının yerləşdirilmə müddətinin iki il uzadılması AB-nin əlində mühüm bir alət ola bilər və Bakının yaydığı dezinformasiyaları təkzib etmək baxımından Ermənistan üçün müəyyən dərəcədə təhlükəsizlik təmin edə bilər” – deyə bu haqda politoloq Hrant Mikaelyan “Radiolur”a verdiyi müsahibədə bildirib.
“Bəli, indi bu missiyanı genişləndirməyə, daha dəqiq desək, yenidən nəzərdən keçirməyə ehtiyac var və əgər Brüsseldə bu missiyanın genişləndirilməli və ya uzadılmalı olduğu barədə qərar varsa, bu, yəqin ki, AB-nin əlində bir vasitə olacaq ki, Bakıya AB-nin sülh müqaviləsi imzalamaq istəyini göstərsin.
Bu barədə Əliyev son zamanlar belə bir niyyətinin olmadığını söyləmişdi. Bununla yanaşı, AB bu yolla hazırkı dövrdə, xüsusən də ABŞ və AB-nin xarici siyasət yanaşmalarının bir-birindən ayrılmağa və dəyişməyə başladığı vaxtda, bu bölgədəki varlığını təmin etməyə çalışır”.
Ermənistanda AB-nin mülki missiyasının yerləşdirilməsi müddəti bu ilin fevral ayında başa çatır, müşahidəçilərin Ermənistanda qalacağı və ya getdiyi barədə aydınlıq gətirilməsi üçün çox az vaxt qalıb.
Artıq məlumat yayılıb ki, AB-nin xarici siyasət məsələləri üzrə yüksək nümayəndəsi Ermənistanda Avropa Birliyinin mülki missiyasının yerləşdirilməsini daha iki il uzatmağı təklif edib.
Bildirilir ki, üzv dövlətlər bu təklifi alqışlayıblar və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə lazım olan hüquqi aktlar müzakirə edilir. Uzatma qərarı ilə bağlı Şura qərarının yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Bu arada, parlamentin “KP” fraksiyasının keçmiş üzvü Qayane Abrahamyan Ermənistanda AB missiyasının fəaliyyətini qiymətləndirmək üçün missiya yerləşdirilməzdən əvvəl Ermənistanda mövcud vəziyyəti xatırlamağı tövsiyə edir:
“Son bir-iki il ərzində xüsusilə Ermənistana qarşı demək olar ki, heç bir hücum qeydə alınmayıb və ya əgər qeydə alınıbsa, bu hadisələr AB müşahidəçilərinin birbaşa çıxışının olmadığı, çünki orada rus hərbçiləri və qadağa mövcud olduğu bölgələrdə baş verib. Bu baxımdan da, yəqin ki, missiyanın səmərəliliyinin olduqca yüksək olduğunu başa düşə bilərik, çünki bu, siyasi iştirak və siyasi təzyiq alətidir”.
Ermənistanda AB müşahidə missiyasının mövcudluğu həm də Bakının Ermənistanın atəşkəsi pozduğu ilə bağlı yalan məlumatlar yaymasına imkan vermir.
Belə xəbərlər AB-nin qeydləri ilə dərhal təkzib edilir ki, bu da Qayane Abrahamyanın sözlərinə görə, xüsusilə araşdırma mexanizmlərinin olmadığı hallarda çox vacibdir.
Politoloq Hrant Mikaelyanın fikrincə, Ermənistanda AB müşahidəçilərinin mövcudluğu daha çox təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul edilirş
Çünki Azərbaycan tərəfindən mütəmadi olaraq yayılan dezinformasiyalar var ki, guya Ermənistan tərəfi onların istiqamətində atəş açır.
Missiyanın növbəti qeydi bir neçə gün əvvəl olub – AB patrulları bildirdi ki, onlar Ermənistan-Azərbaycan sərhədində fövqəladə hərəkətlər müşahidə etməyiblər.
Əslində bu, ilin əvvəlində Azərbaycanın bir neçə dəfə bəyan etdiyi dezinformasiyaya – guya Ermənistan tərəfinin atəş açdığına cavab idi.
“Əgər Avropa Birliyi bu missiyanın hesabatlarına əsaslanaraq təhlükəsizlik, xarici və ya iqtisadi siyasət qəbul edəcəksə, məsələn, müəyyən bir müddətdən bir bu missiya Brüsselə hesabat təqdim edir və həmin hesabatlar bölgədəki vəziyyət barədə ilkin mənbə kimi qəbul edilir.
Beləliklə, həmin hesabatlara əsasən Brüssel əvvəlcə vəziyyət barədə məlumat ala bilər, ikinci olaraq isə artıq qərarlar qəbul edə bilər. İndi sual yaranır ki, hansı qərarlar qəbul ediləcək.
Əgər bu prosesin gələcəkdə inkişaf etməsi üçün siyasi iradə varsa və bununla da Azərbaycanın aqressiv siyasəti təkcə qiymətləndirilməyəcək, həm də cavab tədbirləri görüləcək, o zaman bu da çəkindirici amil ola bilər”.
Məsələ burasındadır ki, Azərbaycan delimitasiya və demarkasiya tənzimləməsinin təsdiqindən sonra artıq AB müşahidəçilərinə ehtiyac olmadığını bəyan edib.
Bunun cavabında Ermənistanın baş naziri qarşı təklif irəli sürüb ki, həmin tənzimləmə artıq delimitasiya olunmuş bölgələrdə tətbiq edilə bilər, çünki həmin ərazilərdə obyektiv olaraq müşahidəçiyə ehtiyac yoxdur.
AB müşahidə missiyası Ermənistanda 2022-ci ilin sonunda yerləşdirilib və əgər yaxın günlərdə AB Şurası missiyanın müddətinin uzadılması barədə qərar versə, onlar Ermənistanda daha iki il – 2027-ci ilə qədər qalacaqlar.







