Başlıcaİctimaiyyət

Kardaşyanlar Los-Ancelesdə baş verən yanğınlarla mübarizə aparan yanğınsöndürənləri Carousel adlı erməni restoranı vasitəsilə pulsuz yeməklə təmin edirlər

Kardaşyanlar Los-Ancelesdə baş verən yanğınlarla mübarizə aparan yanğınsöndürənləri Carousel adlı erməni restoranı vasitəsilə pulsuz yeməklə təmin edirlər. Bu barədə restoranın Instagram səhifəsində paylaşım edilib.

“Bu gün yanğınsöndürmə xidmətlərinə qürurla yemək çatdırdıq. Cəmiyyətlərinə bağlılıqları üçün ön cəbhədə çalışan əməkdaşlarımıza təşəkkür edirik. Yemək ianə etdiklərinə görə Kardaşyanlar ailəsinə xüsusi təşəkkürlər! Sizin səxavətiniz sərhəd tanımır,” – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Kaliforniyada tüğyan edən böyük meşə yanğınları nəticəsində bir çox Hollivud ulduzunun evləri dağılıb. Yanğınsöndürənlər ən azı beş müxtəlif yanğın cəbhəsində ağır şəraitdə mübarizəni davam etdirirlər.

Daha çox göstər
Back to top button