
Skandinaviya və Baltikyanı ölkələr G7 çərçivəsində koordinasiya edərək Rusiya neftinin qiymətlərinin endirilməsi təklifi ilə çıxış ediblər.
Onların fikrincə, bu addım Moskvanın gəlirlərini azaldaraq Ukraynada müharibənin maliyyələşdirilməsini zəiflədəcək.
Bu barədə İsveçin onlayn nəşrləri məlumat yayıb və müvafiq təklifin Avropa Komissiyasına məktub şəklində göndərildiyini qeyd edib.
İsveçin Xarici işlər naziri Maria Malmer Stenergaard deyib: “Rusiya neftinin qiyməti nə qədər aşağı olsa, sülh bir o qədər tez bərqərar olacaq”.
Nazir hesablayıb ki, hər barrel üçün 10 dollar azalma Rusiyaya illik 200 milyard dollar ziyan vuracaq, bu da Rusiya hərbi büdcəsinin 15%-nə bərabərdir.
2022-ci ilin oktyabrında Aİ və G7 ölkələri Rusiya neftinin bir barrel üçün 60 ABŞ dollarından baha qiymətə satılmaması barədə razılığa gəliblər.
Reuters agentliyi xatırladır ki, 2022-ci ilin sonunda Qərb ölkələrinin qiymət həddini müəyyənləşdirməsindən sonra Rusiya öz neftini Çinə və Hindistana satmağa başlayıb.
Həmin bazarlarda neft qlobal qiymətlərlə müqayisədə böyük endirimlərlə satılır, lakin yenə də Qərbin təyin etdiyi icazəli qiymətdən daha sərfəlidir.







