
Ermənistanda sistemli korrupsiya mövcud deyil, ancaq epizodik hallara rast gəlinir. Xəbər agentliyinin məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Ermənistanın ədliyyə naziri Srbuhi Galyan bəyan edib.
O, cəmiyyətdə korrupsiyanın növlərinin və xarakterinin tez-tez yanlış şərh olunduğunu vurğulayıb.
Qalyanın sözlərinə görə, sistemli korrupsiya – piramidaşəkilli bir strukturdur. Bu halda, bütün sistem – aşağı səviyyəli işçilərdən tutmuş yuxarı rəhbərliyə qədər – nizamlı və təşkilatlanmış korrupsiya zəncirində iştirak edir. Ermənistanda belə bir zəncirin mövcudluğu istisna edilir.
“Şükürlər olsun ki, bizim elə bir dövlətimiz var ki, heç bir nazir, nazir müavini və ya yüksək vəzifəli başqa bir şəxs özünə qarşı cinayət təqibinin başlanmayacağından əmin ola bilməz.
Eyni zamanda, əmin ola bilər ki, belə bir təqib başlaya bilər. Bu barədə bu gün mövcud nümunələr də danışır.
Əlbəttə, epizodik korrupsiya halları mövcuddur, lakin icazə verin qeyd edim ki, bu fenomen hər zaman cəmiyyətin yaranması və inkişafı ilə müşahidə olunub.
Məncə, korrupsiya elə bir hadisədir ki, bütün ölkələrdə mövcuddur, sadəcə onun miqyası fərqlidir. Eyni zamanda, düşünürəm ki, bu qüsurlu bir fenomendir və mövcud olmağa davam edəcək.
Lakin dövlətin vəzifəsi bunu minimum səviyyəyə endirməkdir və məhz bu səbəbdən biz daimi olaraq təsir vasitələri və alətlərini inkişaf etdirməyə çalışırıq” – deyə Galyan sözlərini yekunlaşdırıb.







