
Ermənistanın Müdafiə naziri Suren Papikyan regionda eskalasiya üçün əsas görmür. Alınan məlumatına görə, Papikyan bu mövqeyini 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında, Azərbaycanın prezidenti İlham Əliyevin belə adlandırılan “Zəngəzur dəhlizi”nin açılmasına dair aqressiv bəyanatlarına münasibət bildirərkən ifadə edib.
“Ritorika ritorikadır, amma hər hansı aqressiya üçün əsas lazımdır. Mən isə, Müdafiə naziri olaraq, regionun eskalasiyası üçün əsasların olmadığını görürəm.
Çünki hər bir məsələyə dair Ermənistanın təklifləri və həll yolları var. Mən inanıram ki, dialoq vasitəsilə, təkliflərimizi müzakirə edərək, o cümlədən zərurət yarandıqda onları daha açıq şəkildə təqdim edərək, bölgədə sülhə nail olmaq anlayışlarımızı hər kəs üçün əlçatan edə bilərik”– deyə Papikyan bildirib.
O, həmçinin qeyd edib ki, əvvəlki gün imzalanmış Ermənistan-Amerika strateji tərəfdaşlığı sənədinin Ermənistanın sərhədlərinin təhlükəsizliyini nə dərəcədə təmin edə biləcəyi ilə bağlı suala cavabında vurğulayıb ki, Ermənistanın sərhədlərinin təhlükəsizliyi balanslaşdırılmış siyasət vasitəsilə təmin olunmalıdır.
Onun sözlərinə görə, yükü yalnız Silahlı Qüvvələrin və ya bir tərəfdaşın üzərinə qoymaq çıxış yolu deyil.







