
Ermənistan və Avropa Birliyi prioritetlərin yeni gündəliyi üzrə danışıqları demək olar ki, yekunlaşdırıb. Alınan məlumata görə, bu haqda “Vışeqrad dördlüyü”nün təcrübəsinə əsaslanaraq Ermənistan-Avropa Birliyi strateji tərəfdaşlığının təşviqi” adlı yekun konfransda ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
“Biz prioritetlərimizin yeni gündəliyi üzrə Avropa Birliyi ilə danışıqları demək olar ki, yekunlaşdırdıq. Yaxın həftələrdə nəticələri təqdim etmək üçün vətəndaş cəmiyyəti ilə müvafiq görüş təşkil edəcəyik” – deyə Ermənistan Respublikasının Xarici işlər nazirinin müavini qeyd edib.
2024-cü ilin sentyabrında Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan elan etdi ki, Ermənistan və AB demokratik islahatların həyata keçirilməsi və sosial-iqtisadi sabitliyin təmin edilməsi sahələrində əməkdaşlığın üfüqlərini genişləndirməyə yönəlmiş yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqlar aparır.







