BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan sərhədin şimal hissəsindən delimitasiya işlərini bərpa etmək barədə razılığa gəlib

2025-ci il yanvarın 16-da Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədində Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının on birinci görüşü keçirilib.

 Görüş Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə keçirilib. Bu barədə Ermənistan Xarici işlər nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər sərhədin delimitasiya işlərinin gələcək həyata keçirilməsi üçün sərhədin seqmentlərinin/əhəmiyyətli hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal hissəsindən – Ermənistan Respublikası, Azərbaycan Respublikası və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlayaraq cənub istiqamətində – Ermənistan Respublikası və Azərbaycan Respublikası sərhədinin İran İslam Respublikası ilə olan hissəsinə qədər həyata keçirilməsi barədə razılığa gəliblər.

Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydaları ilə bağlı müvafiq təlimat layihələrini müzakirə ediblər.

Həmçinin tərəflər işçi qaydada növbəti görüşün vaxtı və yerini razılaşdırmaq barədə razılıq əldə ediblər.

Daha çox göstər
Back to top button