
KİV-in suallarına cavab olaraq, Ermənistan Respublikası Xİ nazirliyinin mətbuat katibi ER-ABŞ arasında strateji tərəfdaşlıq haqqında nizamnamə və komissiya ilə bağlı açıqlama verib.
“Yanvarın 14-də Vaşinqtonda Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında sənəd – nizamnamə imzalanıb və həm Ermənistan, həm də ABŞ tərəfindən birgə işlərin nəticəsində hazırlanmış və son razılaşdırılmış sənədin tam mətni dərc edilib.
Nizamnamə iki ölkə arasında tərəfdaşlığın strateji xarakterini müəyyən edir və eyni zamanda, nizamnamədə təsbit edilmiş məqsədlərin həyata keçirilməsi, nizamnamədə qeyd olunan sektoral istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi və koordinasiyası məqsədilə tərəflərin fəaliyyət göstərəcəyi komissiyanın işinə başlanılır” – deyə o, bildirib.







