
Ermənistan Türkiyədə təşkilatlanmış cinayətkarlığa qarışmış iki nəfəri Türkiyəyə təhvil verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İnterpolun Qırmızı xəbərdarlığına cavab olaraq, 2025-ci il yanvarın 19-da Ermənistan Türkiyəyə Türkiyədə təşkilatlanmış cinayətkarlığa qarışmış iki nəfəri təhvil verib” – deyə XİN-in bəyanatında bildirilir.







