
Rusiya Ermənistanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Bunu Sergey Lavrov xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.
“Ermənistan bizim təbii strateji tərəfdaşımız, müttəfiqimizdir. Biz çoxəsrlik dostluq və qonşuluq ənənələrinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində maraqlıyıq”, – Rusiya XİN başçısı deyib. O, iki ölkənin bütün idarələri arasında müntəzəm təmasların olmasının vacibliyini vurğulayıb.
Rusiyan XİN başçısı Ermənistanla çoxtərəfli formatda əməkdaşlığa, eləcə də mədəni, təhsil və humanitar sahələrdə əlaqələrə toxunub.
Lavrov Ermənistanın Aİİ-də əldə etdiyi nailiyyətləri “təəssürat verici” kimi qiymətləndirib.







