
Sergey Lavrov və Ararat Mirzoyanın diqqət mərkəzində Cənubi Qafqazda mövcud vəziyyət olacaq. Rusiya Xarici işlər nazirliyinin yaydığı məlumata görə, yanvarın 21-də keçiriləcək danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında balanslı tənzimləməyə nail olmaq məqsədilə müzakirələr aparılacaq.
Bundan əlavə, nazirlik rəhbərləri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq, eləcə də qlobal gündəmin aktual məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparacaqlar.
“Ümid edirik ki, gələcək görüş konstruktiv olacaq, əməkdaşlığın praktiki məsələlərinin irəliləməsinə və Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə kömək edəcək” – deyə məlumatda bildirilir.
Yanvarın 20-də Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan işgüzar səfərlə Moskva şəhərində olacaq.







