
İşgüzar səfərlə yanvarın 20-də Tehranda olan Xarici işlər nazirinin müavini Vahan Kostanyan İranın ali rəhbərinin müşaviri, Xarici əlaqələr üzrə strateji şuranın rəhbəri Kamal Xarazinin ilə görüşüb.
Ermənistanın Xarici işlər nazirliyinin yaydığı məlumatda, ikitərəfli münasibətlərin gündəliyinə toxunaraq, tərəflər Ermənistan və İran arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib və münasibətlərin davamlı dərinləşdirilməsinə yönəlmiş səyləri önə çəkiblər.
Ermənistan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının İranın prinsipial mövqeyi olaraq hörmətlə qarşılanmasının vacibliyi vurğulanıb.
Həmçinin, iki ölkə arasında iqtisadi və infrastruktur sahələrində əlaqələrin davamlı inkişafı məmnunluqla qeyd edilib. Vahan Kostanyan Kamal Xaraziyə Ermənistanın xarici siyasətinin gündəlik məsələləri və regional son inkişaflarla bağlı proseslərin detalları haqqında məlumat verərək, Ermənistanın balanslaşdırılmış xarici siyasəti çərçivəsində regional tərəfdaşlarla, xüsusilə də İranla münasibətlərin davamlı inkişafının xüsusi əhəmiyyətini vurğulayıb.







