
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu şəhərində baş vermiş faciəli yanğınla bağlı başsağlığı verib. Bu barədə Ermənistan XİN-in saytının X platformasında qeyd edilib.
“Türkiyənin Bolu şəhərində baş verən və onlarla insanın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi. Fikirlərimiz həlak olanlar və onların ailələri ilədir. Yaralıların tezliklə sağalmasını arzulayırıq”, – başsağlığı mesajında deyilir.







