Başlıcaİctimaiyyət

Ermənistanda 13-35 yaş arası şəxs gənc sayılacaq

Ermənistan Respublikasının Milli Məclisində Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan “Gənclik siyasəti haqqında” qanun layihəsini təqdim etdi.

“Qanunda gənclik siyasətinin hansı yaş qrupuna yönəldiyi dəqiqləşdirilir. “Daha əvvəl qanun olmadığı halda, müxtəlif alt qanunverici aktlarda gəncliyin yaşı 16-30 yaş arasında müəyyən edilirdi, bəzı proqramlarda, məsələn, gənc ailələr üçün əlverişli mənzil proqramında, bu yaş 35-ə qədər genişləndirilmişdi.

Yeni qanunla Ermənistanda gənc sayılacaq şəxsin yaşı 13-35 arasında müəyyən edilib” – deyə Artur Martirosyan  bildirib.

O, yaş həddinin niyə aşağı salındığını və yuxarı qaldırıldığını da izah etdi. “13 yaşdan gənclərlə iş, peşə yönləndirməsi və onların psixoloji xüsusiyyətlərinə uyğun proqramların həyata keçirilməsi daha effektivdir.

Bu, ən yaxşı Avropa təcrübəsidir. Digər tərəfdən, 30-35 yaş aralığının daxil edilməsi demoqrafik problemlərimizlə əlaqədardır. Ermənistanda gənclər həyatda mühüm qərarları tez-tez daha gec mərhələlərdə qəbul edirlər” – deyə  nazir müavini qeyd edib.

Daha çox göstər
Back to top button