
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
“Toplum” TV-yə qarşı yeni ittihamlar Azərbaycan hakimiyyətinin müstəqil KİV-ə qarşı görünməmiş təqibini önə çəkir.
Səhhətində ciddi problemlərin olmasına baxmayaraq, Fərid İsmayılovun həbsi xüsusi narahatlıq doğurur. O və haqsız yerə həbsdə olan bütün Azərbaycan jurnalistləri dərhal azad edilməlidir”, – Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqramının koordinatoru Gülnoza Səid bildirib.
Turan informasiya agentliyi yazır ki, Komitənin illik monitorinqinə görə, Azərbaycan 2024-cü ildə dünyada ən çox məhbus jurnalisti olan on ölkə sırasına daxil olub.







