BaşlıcaSiyasət

Ekspert: “Cənubi Qafqaz Trampın önəmlikləri siyahisində deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan hələ ABŞ Prezidenti Donald Trampı təbrik etməyib Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunması münasibətilə Maykl Voltsu təbrik edərək vurğulayıb ki, Ermənistan-ABŞ ikitərəfli əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur və Ermənistan bu məsələdə əməkdaşlığa hazırdır.

Qriqoryan uğur olaraq yanvarın 14-də Vaşinqtonda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasını qeyd edib və iki ölkə arasında qarşılıqlı faydalı gündəliyin irəlilədilməsinin vacibliyini vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz ABŞ-ın yeni administrasiyasının önəmlikləri  arasında deyil, lakin bu, yanaşmaların dəyişməyəcəyi mənasını vermir.

ABŞ prezidenti Donald Tramp hələlik seçkiqabağı kampaniyada elan etdiklərindən kənara çıxmır – Trampın bəzi yeni fərmanlarını şərh edən politoloq Ara Poğosyan belə deyib.

 O, hesab edir ki, bir çox dövlətlər narahatdır. Xüsusilə ABŞ-ın digər ölkələrə, o cümlədən Ukraynaya göstərdiyi yardımı 90 günlük dayandırmaq barədə imzaladığı fərman Ukraynada narahatlıq yaradıb.

Dayandırma müddətində müəyyən edilməlidir ki, yardım göstərilməsi yeni administrasiyanın siyasi məqsədlərinə uyğundurmu. Ermənistan da ABŞ-dan yardım alsa da, politoloq əmindir ki, bu fərman rəsmi  Yerevan  üçün narahatlıq yaratmır.

“Düşünürəm ki, bu proses Ermənistanla bağlı deyil, Trampın bəhs etdiyi daha geniş geosiyasi məqsədlərlə əlaqəlidir. Bu fərman ilk növbədə Avropa Birliyinə , Ukrayna münaqişəsinə təsir edəcək.

Mənim dərin inamıma görə, bu proses münaqişə ocaqlarına – ABŞ-ın dəstək verdiyi münaqişə bölgələrinə bağlıdır. Münaqişə ocaqları dedikdə ilk növbədə Rusiya-Ukrayna münaqişəsini və Çinlə Tayvan arasındakı münaqişəni nəzərdə tuturam.

Bu münaqişə istənilən vaxt qlobal qarşıdurmaya çevrilə bilər, əgər ABŞ Tayvanla bağlı verdiyi zəmanətləri və bəyanatları davam etdirərsə”.

Trampın andiçməsindən bir həftə əvvəl Ermənistan və ABŞ Strateji Tərəfdaşlıq Komissiyasının Xartiyasını imzalayıblar. Bu sənəd Yerevan və Vaşinqton arasında bir neçə sahədə əməkdaşlığı nəzərdə tutur, suverenlik və ərazi bütövlüyünün müdafiəsi vurğulanır.

 Ekspert dairələrində keçmiş administrasiya ilə imzalanan sənədin ABŞ-ın yeni administrasiyası üçün əhəmiyyətli olmayacağına dair narahatlıqlar var idi.

“Keçmiş administrasiyanın Cənubi Qafqaza diqqəti həmin dövrün administrasiyasının beynəlxalq siyasi prioritetləri ilə bağlı idi. İndi yeni seçilmiş Prezident başqa önəmliklər elan edir, bunlar hələlik Cənubi Qafqazda nəzərə çarpmır.

Bu, təbii olaraq, Ermənistanın düşmənləri üçün siyasətlərini yenidən çəkmək imkanı yaradır”.

ABŞ-ın yeni Prezidentinin Ağ Evə qayıdışı gözləntilər və qeyri-müəyyənliklər yaradıb .

Bu haqda Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan Facebook-da yazıb.

“Hazırda Türkiyə və Azərbaycan üçün Ermənistan əleyhinə mümkün təcavüzü, xüsusən də guya “dəhliz” adı ilə Naxicevanla birbaşa əlaqə məqsədini, bunun hansı qarşıdurma və nəticələrə səbəb ola biləcəyini təhlil etmək üçün siyasi hesablamalar dövrüdür”.

Xarici əlverişli mühit, yoxsa maneə törədən amillər?

Çox şey yaxın zamanda aydınlaşacaq. Əsas oyunçuların bir-biri ilə apardığı danışıqlarda hansı güzəştlərə gedəcəyi, hansı regionlar və ya ölkələr hesabına, və ən əsası – geosiyasi oyunçular yeni oyun qaydaları müəyyən edəcəkmi, yoxsa dünya “cəngəllik qanunlarına” uyğun olaraq hərəkət etməyə davam edəcəkmi– bütün bunlar gələcəkdə aydın olacaq.

ABŞ-ın yeni administrasiyasında ermənipərəst mövqedə olan mühüm şəxslərin olması bir çox ekspertlərdə nikbinlik yaradır. Bu, xüsusilə dövlət katibi vəzifəsinə ermənipərəst Marko Rubionun və ABŞ-ın erməni kökləri olan vitse-prezidenti Cey Di Vensin təyin olunmasına aiddir.

 Ara Poğosyan hesab edir ki, administrasiyada ermənipərəst şəxslərin mövcudluğu münasibətlərin yaxşılaşması üçün ilkin şərait yarada bilər, lakin bu, zəmanət demək deyil.

“Zəmanət yalnız konkret məqsədyönlü siyasət və iş çərçivəsində formalaşır. Ermənipərəst şəxslər şəxsində mövcud olan ilkin şərtlərin arzuolunan nəticələrə gətirib çıxaracağına dair heç bir zəmanət yoxdur, əgər bizim tərəfimizdən dəqiq və məqsədyönlü iş görülməzsə.

Təəssüf ki, Ermənistanın ümumxalq önəmliklərinə yayğın və qeyri-müəyyəndir”.

Mübahisəli və narahatedici məqamlardan biri də ABŞ-ın seçilmiş prezidenti Donald Trampın doğum hüququ əsasında ABŞ vətəndaşlığının verilməsini ləğv etmə qərarıdır” – deyərək  bu barədə Reuters yazır.

ABŞ-ın Demokrat Partiyasının nəzarət etdiyi ştatlar və vətəndaş hüquqları üzrə fəaliyyət göstərən təşkilatlar Trampın bu qərarını mübahisələndirmək üçün bir sıra məhkəmə iddiaları qaldırıblar.

ABŞ-ın 22 ştatı məhkəmələrə iddia təqdim edərək bildirir ki, Tramp ABŞ Konstitusiyasını pozub.

Massaçusetsin baş prokuroru Andrea Coy Kempbelin sözlərinə görə, fərman qüvvəyə minərsə, ABŞ-da hər il doğulan 150.000-dən çox uşaq vətəndaşlıq hüququndan məhrum ediləcək. Yeni qərar həmin şəxslərin gələcəkdə müxtəlif federal proqramlardan, məsələn, tibbi sığorta, qanuni iş və ya seçki hüquqlarından istifadə etməsinə imkan verməyəcək.

Daha çox göstər
Back to top button