BaşlıcaSiyasət

Alen Simonyan:  “Ermənistan Azərbaycana qarşılıqlı məqbul həll yolları təklif edib, lakin indiyədək biz Bakıdan cavab almamışıq”

Ermənistan-Azərbaycan sülh sazişi hələ imzalanmayıb, lakin müzakirə olunan maddələrin böyük hissəsi artıq razılaşdırılıb.

Alınan məlumata görə, Yerevanda keçirilən Şimali Avropa-Baltik ölkələri (Nordic-Baltic Format) parlamentlərinin sədrləri və sədr müavinlərinin iştirakı ilə baş tutan panel müzakirəsi zamanı Ermənistan parlamentinin  sədri Alen Simonyan bu barədə danışıb.

“Biz Azərbaycan tərəfinə təkcə sənədi imzalayıb irəliləməyə imkan verəcək deyil, həm də mövcud problemlərə əsaslı və tam cavablar təqdim edəcək qarşılıqlı məqbul həll yolları təklif etmişik.

Təəssüf ki, indiyə qədər Ermənistan tərəfi cavab almayıb” – deyə Simonyan bildirib.

Parlamentin sədri sülhə nail olmaq üçün bütün humanitar məsələlərin həllinin vacibliyini xüsusi vurğulayıb. Bu məsələlərin birincisi erməni əsirlərin təxirəsalınmaz və təhlükəsiz şəkildə geri qaytarılmasıdır.

 O, qeyd edib ki, Azərbaycan hələ də qanunsuz olaraq Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələrini və digər şəxsləri saxlayır.

Ümumilikdə, Azərbaycan özündə 23 erməni əsirin mövcudluğunu təsdiq edib. Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələrinə və digər şəxslərə Bakıda saxta ittihamlar irəli sürülüb.

Onların iştirakı ilə artıq iki qondarma məhkəmə prosesi keçirilib, növbəti iclaslar isə yanvarın 27-də keçiriləcək.

Daha çox göstər
Back to top button