
Ermənistanda Rusiyanın iqtisadi və hərbi təsir dairəsindən çıxmaq üçün dəqiq anlayış və aydın iradə mövcuddur.
Bununla belə, Ermənistan öz üzərinə düşən işi yerinə yetirməlidir, biz isə öz tərəfimizdən mümkün olan hər şeyi edəcəyik.
Bunu Finlandiya parlamentinin sədri Yuussi Halla-Aho Yerevanda Baltikyanı və Şimali Avropa ölkələri parlament rəhbərlərinin iştirakı ilə keçirilən “Sülh və demokratiya naminə birgə” mövzusunda panel müzakirəsi zamanı bəyan edib.







