
Şimali Avropa-Baltik Əməkdaşlıq formatının parlament rəhbərləri Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləyəcəklər.
Ermənistan parlamentinin sədri Alen Simonyan yanvarın 23-də Milli Məclisdə Şimali Avropa-Baltikyanı ölkələri əməkdaşlıq formatının (Nordic-Baltic Eight) parlament rəhbərləri və sədr müavinlərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan parlamentinin İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinə istinadən məlumat yayıb.
Qonaq nümayəndə heyətinin tərkibinə Estoniya parlamentinin (Riigikogu) sədri Lauri Husar, Latviya Seyminin spikeri Daiga Mieriņa, Finlandiya parlamentinin (Eduskunta) sədri Yuussi Halla-Aho, Norveç Stortinqinin spikeri Masud Qarahxani, Danimarka Folketinginin sədr müavini Karsten Honqen, Litva Seyminin sədr müavini Yuozas Oleka və İsveç Riksdaqının sədr müavini Kennet Forslund və digər vəzifəli şəxslər daxil idi.
Parlamentin üzvlərinin də iştirak etdiyi geniştərkibli müzakirədə Alen Simonyan Ermənistana gələn rəsmilərə təşəkkürünü bildirib və bu cür yüksək səviyyəli nümayəndə heyətinin səfərinin Ermənistan üçün çox əhəmiyyətli olduğunu vurğulayıb:
“Parlamentin və şəxsən öz adımdan gənc demokratiyamıza dəstək üçün nümayəndə heyətlərinin Ermənistana səfər etməsi öhdəliyini yüksək qiymətləndirirəm.
Ermənistan hər bir format ölkəsi ilə münasibətlərinə böyük önəm verir – həm ikitərəfli tərəfdaşlar, həm də Avropa İttifaqının üzvləri və ya assosiativ ölkələr olaraq.
Ermənistan sabit inkişaf, yaxşı idarəetmə, qanunun aliliyi və insan haqları sahəsində irəliləyişlər üçün mühüm əhəmiyyət kəsb edən demokratik islahatlar istiqamətində öhdəliklərinə sadiq qalmağa davam edir. İslahatlarla bağlı davamlı dəstəyinizə görə minnətdarıq” – deyə parlamentin sədri vurğulayıb.
Şimali Avropa-Baltikyanı ölkələri əməkdaşlıq formatının parlament sədrləri və sədr müavinləri də Alen Simonyana səmimi qəbula görə təşəkkür ediblər və Ermənistandan təsirləndiklərini bildiriblər.
Onlar Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək ifadə edərək, ölkənin regionda davamlı sülh yaratmaq səylərini yüksək qiymətləndiriblər.
Həmçinin Ermənistanın Avropa inteqrasiya prosesini dəstəkləməyə hazır olduqlarını vurğulayan qonaqlar bu yolda öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Tərəflər həmçinin parlamentlərarası əməkdaşlıq, Ermənistan-Avropa Birliyi münasibətləri, Ermənistanda həyata keçirilən islahatlar və regional inkişaflarla bağlı digər məsələlərə toxunublar.







