
Ermənistan Respublikasının Xarici işlər nazirinin müavini Paruyr Hovanisyan, sərhəd imkanlarının gücləndirilməsi nəticəsində Rusiya Federasiyasının sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxmasının mümkün olduğunu bildirib.
Hovanisyan bu barədə jurnalistlərlə söhbətində, Ermənistan və ABŞ arasında imzalanmış strateji sənəddə nəzərdə tutulan maddəyə toxunaraq danışıb.
Bu maddəyə görə, ABŞ-dan gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə bir komanda Ermənistana gələcək və Ermənistan tərəfdaşları ilə sərhəd təhlükəsizliyi imkanlarının inkişafı istiqamətində işləyəcək.
Sərhəd imkanlarının gücləndirilməsinin nə demək olduğu sualına cavab verərək, nazir müavini vurğulayıb ki, artıq vaxt gəlib çatıb ki, Ermənistan öz gücləri ilə sərhədlərini qoruya bilsin.
“Həmişə bu üçüncü bir ölkə tərəfindən həyata keçirilmişdir, nəhayət, sərhədimizi özümüz nəzarət edə biləcəyik”.
Hovanisyan, Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxmasının mümkündürlüyü ilə bağlı suala müsbət cavab verib.
“Əlbəttə, ideal bir dünyada hər bir ölkə sərhədlərini idarə etməyə qadir olmalıdır. Bu dəstək bizim imkanlarımızın artırılmasına yönəlmişdir, müvafiq təcrübə ilə paylaşma yolu ilə”- deyə o əlavə edib.
Yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra ABŞ Dövlət katibi Entoni Blinken, ABŞ-dan gələcək həftələrdə gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə bir komandanın Ermənistana gələcəyini və sərhəd təhlükəsizliyi imkanlarının inkişafı üzrə Ermənistan tərəfdaşları ilə işləyəcəyini bildirib.







