
“Bizim planlarımızda növbədənkənar seçkilər yoxdur. Diqqətinizi bu fakta cəlb etmək istəyirəm ki, növbədənkənar seçkilərin hazırlığı haqqında danışıq həmişə olub, burada yenilik yoxdur”– deyə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.
Sosial şəbəkələrdəki aktivliyi ilə bağlı danışan Baş nazir qeyd edib:
“Mən hesab edirəm ki, bu, daha böyük şəffaflıq təmin etmək və daha çox insanla ünsiyyətdə olmaq zərurətindən irəli gəlir”.







