
Ermənistan parlamenti Avropa İnteqrasiyası məsələləri üzrə daimi komitəsi “Ermənistan Respublikasının Avropa Birliyinə üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinə müsbət rəy verib.
Alınan məlumata görə, məsələ fevralın 11-14-də keçiriləcək iclasın gündəliyinə daxil ediləcək. İclasda iştirak edən “Hayastan” fraksiyasının deputatları isə səsverməyə qatılmayacaqlarını açıqlayıblar.







