
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. Sessiyada Ermənistan parlamntin nümayəndə heyətinin üzvü Armen Gevorgyan, Lüksemburqun xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Xavier Bettelə, Bakıda baş verən bu proseslərin sona çatdırılması üçün Nazirlər Komitəsinin nə edə biləcəyini soruşub.
“Bakıdakı bütün hüquqların, o cümlədən ədalətli məhkəmə hüququnun Avropa Şurası tərəfindən təmin edilməsi vacibdir” – Bettel bildirib.
O, həmçinin, hər şeyə baxmayaraq, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına hörmət edilməsinin vacibliyini əlavə edib.
Beynəlxalq düzənin yenidən gözdən keçirilməsi mövzusunda keçirilən iclasda, AŞ PA-da Ermənistan nümayəndə heyətinin üzvü Arusyak Julhakyan, Ermənistanın ordusunun yaradılmasının 32 illiyinə həsr olunmuş tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib faktor legitimlikdir” sözlərini xatırladıb.
“Şübhə edənlər iddia edirdilər ki, beynəlxalq hüququn əhəmiyyətini müzakirə etmək mənasızdır, çünki Ermənistanın suveren ərazisinin 200-dən çox kvadrat kilometrinin Azərbaycanın işğalı altındadır.
Dünyanın müxtəlif guşələrindəki gərgin münaqişələrə şahidlik edərkən, güc prinsipi hökm sürərkən, beynəlxalq məhkəmələrin qərarları göz ardı edilir.
Bəli, beynəlxalq hüquq mükəmməl deyil, amma bu, beynəlxalq hüquqdan imtina etmək üçün səbəb ola bilərmi?” – deyə Julhakyan vurğulayıb.
O, beynəlxalq düzənin yenidən gözdən keçirilməsi və yenilənməsi lazım olduğunu qeyd edib.
Eyni fikri AŞPA-da Ermənistan parlamentin nümayəndə heyətinin üzvü Vladimir Vardanyan da bildirib.
“Təəssüf ki, müharibə problemlərin həlli üçün əsas vasitə halına gəlib. Beynəlxalq hüququn köklərinə və BMT sisteminə qayıtmaq vacibdir, çünki bu, beynəlxalq hüququn inkişafının yeganə məntiqi yoludur.
Əgər sistem korrupsiya içindədirsə, sərhədlər, qaydalar və irəliləmək imkanları ola bilməz” – deyə deputat qeyd edib.
Vladimir Vardanyan eyni şəkildə davam edilməsi halında, nə torpaqların, nə insanların, nə də suverenlik prinsipinin heç bir əhəmiyyətinin qalmayacağına dair narahatlığını ifadə edib.







