BaşlıcaSiyasət

Ermənistan rus iş adamlarının xarici işgüzar səfərləri üçün cəlbedici olmağa davam edir

2024-cü ildə Rusiya biznesinin nümayəndələri üçün xarici işgüzar səfərlərin ən populyar istiqamətləri arasında Ermənistan 7-ci yerdədir.

Bu barədə “Aero Klub” biznes turizm agentliyinin araşdırmasında qeyd olunub və məlumat “İnterfax” tərəfindən yayımlanıb.

İl ərzində Ermənistana olan səfərlər 30% azalıb.

Qeyd olunur ki, rus biznes nümayəndələrinin xarici işgüzar səfərlərə tələbatı 2024-cü ildə 2023-cü illə müqayisədə 13% artıb, korporativ səfərlərin ümumi sayında onların payı 17%-ə çatıb.

Çin 2024-cü ildə Rus biznesi üçün əsas cəlbedici ölkə olub. Bu ölkəyə səyahət tələbatı 119% artıb, Çin’in xarici işgüzar səfərlərdəki payı 2023-cü ilin 8%-dən 15%-ə yüksəlib.

 İkinci yeri Qazaxıstan tutub, burada da artım müşahidə edilib (+10%) və beynəlxalq səyahətlərin strukturunda 9% yer alıb.

Əvvəllər lider mövqedə olan Türkiyə 3-cü yerə geriləyib və rus iş adamı turistlərin 19%-ini itirib.

Daha çox göstər
Back to top button