BaşlıcaSiyasət

Finlandiya parlamentinin spikeri: “Biz Ermənistanın AB ilə iqtisadi, ticarət və təhlükəsizlik sahəsində inteqrasiyasını tam dəstəkləyirik”

Finlandiya parlamentinin  Eduskunta üzrə  spikeri Yussi Halla-Aho Ermənistanın Avropa Birliyinə inteqrasiya prosesində ölkədə həyata keçirilən islahatların davam etdirilməsini xüsusi əhəmiyyətli hesab edir.

 Halla-Aho bu barədə Yerevanda jurnalistə ə verdiyi müsahibədə bildirib.

Sual: – Cənab Halla-Aho, əvvəlcə Ermənistan səfəriniz çərçivəsində hansı görüşlər və müzakirələr apardınız?

Cavab: – Bu səfər zamanı sizin baş naziriniz, prezidentiniz və deputatlarınızla aktual məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən, Ermənistan və Azərbaycan arasında münaqişə vəziyyətini və bütün tərəflər üçün məqbul olan daimi həll yollarını tapmaq məsələsini müzakirə etdik.

Əlbəttə ki, Ermənistanın Avropa ilə bağlı ambisiyalarına da böyük diqqət yetirdik. Ermənistanda ölkənin gələcəyi ilə bağlı siyasi konsensusun olub-olmadığını anlamaq istəyirik.

Biz ev sahiblərimizə açıq şəkildə bildirdik ki, Avropa İttifaqına Ermənistanın iqtisadi, ticarət və təhlükəsizlik sahələrində inteqrasiyasını tam dəstəkləyirik.

Lakin bu yolda müəyyən problemlər və maneələr mövcuddur ki, həll edilməlidir.

Məsələn, Ermənistanın KTMT-yə, Avrasiya İqtisadi İttifaqına üzvlüyü, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu və sair.

Beləliklə, Avropa Birliyinin inteqrasiyada nə qədər irəli gedəcəyindən həm ermənilərin nə etmək istədiyi, həm də nəyə hazır olduğu asılıdır.

Ölkənizdə həyata keçirilən islahatları davam etdirmək çox vacibdir. Bu, Avropa İttifaqı üçün deyil, birbaşa ermənilər üçündür.

Bu islahatlar Ermənistanı daha dayanıqlı, cəmiyyəti isə daha güclü edəcək. Əminəm ki, bu, Ermənistan xalqı üçün çox faydalı olacaq.

Sual: – Bildiyiniz kimi, artıq Ermənistanda Avropa Birliyinə üzvlüklə bağlı müəyyən proseslərə başlanılıb. Bu prosesi necə qiymətləndirirsiniz və hansı gözləntilərimiz ola bilər? Avropa Birliyi bu prosesə necə töhfə verə bilər?

Cavab: – İlk növbədə biz erməniləri həyata keçirmək istədikləri islahatlarda ruhlandırmaq istəyirik. Ermənistan bütün sahələrdə Rusiyadan asılılığını aradan qaldırmağa davam etməlidir ki, Avropa strukturlarına daha dərin inteqrasiya mümkün olsun. Amma müzakirələrimiz zamanı aydın oldu ki, ermənilər bunu etmək istəyir.

 Buna görə də bu iki proses – bir tərəfdən Avropa inteqrasiyası, digər tərəfdən Rusiyanın təsir dairəsindən çıxmaq paralel şəkildə davam etməlidir.

Qeyd etmək istəyirəm ki, Finlandiya da bir vaxtlar Rusiya İmperiyasının tərkibində olub və Soyuq müharibə illərində biz də Qərbə mümkün qədər yaxınlaşmaqla yanaşı, eyni zamanda şərqdəki böyük qonşumuzu qıcıqlandırmamaq üçün diqqətli davranmalı idik.

 Buna görə də mən düşünürəm ki, biz sizin çətinliklərinizi, perspektivlərinizi və baxışlarınızı çox yaxşı anlayırıq.

Sual: – Ermənistan və Azərbaycan arasındakı münaqişədən bəhs etdiniz. Sülh prosesindən hansı gözləntilər var? Sərhəd məsələləri mövcuddur, hələ də Azərbaycanda saxlanılan erməni əsirlər var.

Beynəlxalq ictimaiyyət erməni əsirlərin geri qaytarılmasına necə töhfə verə bilər?

Cavab:– Hesab edirəm ki, Avropa Birliyinin  Ermənistan və Azərbaycan sərhədində monitorinq missiyasını davam etdirməsi vacibdir.

Bu, gərginliyin azaldılması və sərhəddə kiçikmiqyaslı gərginliklərin qarşısının alınması baxımından mühümdür.

Amma əlbəttə ki, Ermənistan və onun bütün regional qonşuları arasında daimi həll yolu tapmaq lazımdır.

Biz bunu Türkiyə və Azərbaycanla ikitərəfli danışıqlarımız zamanı da gündəmə gətirəcəyik.

Daha çox göstər
Back to top button