Ermənistan Mars tədqiqatlarının mürəkkəb problemlərinin həllinə elmi iddia irəli sürüb

Marsda həyat varmı? İnsan bu planetdə uzun müddət yaşaya bilərmi və məsələn, kənd təsərrüfatı ilə məşğul olub yaşayış məntəqəsi qura bilərmi?
Hər üç ildən bir keçirilən tədqiqatın məqsədi Marsa real missiyaya hazırlaşmaqdır.
Keçən il hazırlıq məqsədilə elmi təcrübə Ermənistanın Ararat vilayətinin Armash kəndində aparılıb.
Ermənistan missiyası uğurla həyata keçirilməklə yanaşı, uzunmüddətli təcrid şəraitində genetik dəyişikliklərin necə baş verdiyinə dair yeni cavablar təqdim edib.
Mars tədqiqatçıları dəstəsinin hazırlıq missiyası erməni elmi yanaşmasını özünəməxsus şəkildə ortaya qoyub. Hər üç ildən bir aparılan bu tədqiqatın əsas məqsədi insanın Marsa real uçuşuna hazırlıq görməkdir.
Bu yolda dayanacaqlardan biri də Ermənistan olub. Ararat vilayətinin Armash kəndində aparılan elmi-tədqiqat işləri zamanı dəyərli məlumatlar toplanıb.
Onların sonrakı təhlili insanın Marsa real uçuşlarına hazırlıq prosesinə töhfə verəcək. Bu barədə “Radiolur” radiosunun sualına cavab olaraq AMADEE-24 Mars analoji elmi missiyasının Ermənistan rəhbəri, Ermənistan Kosmik Forumunun qurucusu Hayk Aslanyan bildirib.
“İki il ərzində hazırlanan elmi təcrübələr Marsa bənzər təcrid şəraitində həyata keçirildi və nəticələr bütün gözləntiləri üstələdi.
30-dan çox ölkə bu barədə məlumat yaydı, 800-dən çox mediada işıqlandırıldı və vurğulandı ki, Ermənistan Mars tədqiqatlarının mürəkkəb problemlərinin həlli üçün elmi iddiasını ortaya qoyur.”
Keçən ilin yazında Ararat vilayətinin Armash kəndinin ətrafındakı səhraya bənzər ərazi dörd həftəlik müddətə analoji kosmik baza çevrilmişdi.
Marsa bənzər eksperimental mühitdə xüsusi yaşayış yerləri quraşdırılmış və müxtəlif ölkələri təmsil edən altı “astronavt” müxtəlif elmi təcrübələr apararaq kosmik texnologiyaları sınaqdan keçirmişdi.
Bu insanlar Marsa uçmayacaq, lakin layihəni hazırlayan Avstriya Kosmik Forumunun nümayəndələri əmindirlər ki, Mərakeş, İsrail və Oman kimi ölkələrdə də həyata keçirilən bu cür tədqiqatlar Marsa ilk ayaq basacaq insanlar üçün böyük fayda verəcək.
Erməni missiyasının ən dəyərli nəticələrindən biri Molekulyar Biologiya İnstitutunun direktoru Arsen Araqelyana aid edilir. Onun tədqiqatı genetik dəyişikliklərlə bağlıdır.
Nəticələr göstərir ki, insanın genomunda kosmik mühitdə müəyyən xromosom dəyişiklikləri baş verə bilər.
“Hesabat zamanı Arsen bir nümunə təqdim etdi: əkiz qardaşlardan biri Yer kürəsində, digəri isə kosmosda olub.
Kosmosdan Yerə qayıtdıqdan sonra onların genetik dəyişikliklərində əhəmiyyətli fərqlər müşahidə edilib – biri gənc qalıb, digəri isə daha tez qocalıb. Belə təcrübələr uzun müddətdir aparılır və bizim töhfəmiz, eləcə də proqnozlarımız çox vacibdir, çünki Mars missiyaları zamanı insan faktoru olduqca proqnozlaşdırılmazdır”.
Bu arada Marsda yaşamağın əsas şərtlərindən biri də astronavtların yaxşı fiziki hazırlıq səviyyəsi və xüsusi hazırlanmış qida rejimidir.

Bu barədə Ermənistan missiyası çərçivəsində analoji astronavtların dietoloqu və məşq proqramlarının rəhbəri Hovhannes Avagyan bildirib.
“Sadəcə qida rejimləri hazırlamaqla kifayətlənmədik, həm də fərdi məlumatlar topladıq. Süni intellekti də müəyyən qədər tətbiq etdik – məqsədimiz qida rejimlərinin düzgün tərtib olunmasını və fərdiləşdirilməsini təmin edərək insan faktorunu minimuma endirmək idi.
Yəni səhv ehtimalını azaltmağa çalışdıq və astronavtlar üçün ultra dəqiq qidalar əldə etdik. Bunlar enerji batonları və jellərdir, hansı ki, astronavtı 8 saat tox saxlayır.”
Avagyanın sözlərinə görə, bu enerji batonları və xüsusi jellər kosmik bazada yetişdirilə bilər. Onlar çoxlu miqdarda protein və amin turşuları ehtiva edir ki, bu da qeyri-yerüstü şəraitdə insan orqanizminin sağ qalması üçün vacibdir.
İşçi qrupunun bu yeniliyi Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi tərəfindən yüksək texnoloji məhsul kimi tanınıb.







