
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda işgüzar səfərdədir.
“Zvartnots” hava limanında onu baş nazir müavini Tigran Xaçatryan qarşılayıb.
Daha sonra Nikol Pinyan və İrakli Kobaxidze arasında təkbətək görüş baş tutacaq. Sonra isə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə komissiyaların növbəti iclası keçiriləcək.







