BaşlıcaSiyasət

Sərhədin delimitasiyası prosesi 2024-cü ildə çox materiallaşdı: Paşinyan qarşıdakı addımlara toxunub

Sərhədin delimitasiyası prosesi 2024-cü ildə çox materiallaşdı. Bizim Azərbaycanla ilk ikitərəfli dövlətlərarası sənədimiz var, o, hər iki ölkənin prosedurlarından keçib və hər bir ölkə öz proseduru ilə bu sənədi de-yure təsdiqləyib ki, bu da çox mühüm, təməl daşı əhəmiyyətinə malikdir. Bunu baş nazir Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

“Artıq razılıq əldə olunub ki, qarşıdakı dövrdə tərəflər və komissiyalar Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran İslam Respublikasının sərhəddinə qədər delimitasiyasına mərkəzləşəcək. Qalan məlumatları açıqlayacaqlar”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button