BaşlıcaSiyasət

Papikyan və İtaliya səfiri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gedişatını müzakirə ediblər

Fevralın 3-də ER müdafiə naziri Suren Papikyan İtaliyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Ferrantini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri səfiri bu vəzifənin icrasına başlaması münasibətilə təbrik edib və ona Ermənistan və İtaliya arasında əməkdaşlığın inkişafında uğurlar arzulayıb.

Görüş zamanı Ermənistan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı prosesi və perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

Daha çox göstər
Back to top button