
“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov, ABŞ prezidenti Donald Trampın “coğrafiya və toponimika sahəsində” “geosiyasi mübarizəsinə” cavab olaraq, Şimal Buzlu okeanının adını Şimal Rusiyası okeanı kimi dəyişdirməyi təklif edib.
“Rusiya da bu sahədə təşəbbüskarlıq göstərməlidir. İlk növbədə, Arktikaya diqqət yetirmək lazımdır. Bu, bizim üçün həyati əhəmiyyət daşıyan makroregiondur, hansı ki, əcdadlarımız qədim zamanlardan bəri inkişaf etdiriblər və Rusiyanın bu ərazidə üstünlüyü hər şeydə, o cümlədən coğrafi adlarda özünü göstərməlidir.
Məsələn, nə üçün Şimal Buzlu okeanını Rusiya Şimal okeanı adlandırmayaq? Və niyə Rusiyanın ən şimal torpağı Frans İosif Torpağı adlanır? Bəli, biz Şimalın tədqiqinə töhfə verən bütün ölkələrin dənizçilərinin və alimlərinin xatirəsinə hörmət etməliyik.
Amma burada Avstriya imperatorunun nə əlaqəsi var ki? O, məşhur rusofob olub və şərqi slavyan torpaqlarının zorakı “ukrainləşdirilməsi”nin təşəbbüskarı idi. Bəs Avropa aristokratları və sənayeçilərinin bununla nə əlaqəsi var ki, onların adlarını arxipelaqın adalarına və boğazlarına vermişik? Biz tədricən onları xüsusi əməliyyat qəhrəmanlarının şərəfinə yenidən adlandırmalıyıq”– deyə Mironov hesab edir.
Rusiyalı siyasətçiyə görə, arxipelaqın özü Lomonosov Torpağı adlandırılmalıdır. “O, hələ 1763-cü ildə Şpisbergenin şərqində torpaqların mövcudluğunu təklif etmişdi. Bunun müqabilində isə biz tam əsasla buranı Pomoryan adaları adlandıra bilərik”.
Bundan əvvəl ABŞ-da Donald Trampın əmri ilə Meksika körfəzi rəsmi olaraq Amerika körfəzi adlandırılmış, Şimali Amerikanın ən hündür dağı olan Denali isə ABŞ prezidentlərindən birinin şərəfinə Makkinli adlandırılmışdı.







