BaşlıcaSiyasət

Səudiyyə Ərəbistanının şahzadəsi Ermənistanda sosial inkişaf proqramlarının maliyyələşdirilməsi qərarı ilə bağlı məlumat verib

Ermənistanın İş və Sosial Məsələlər  üzrə naziri Narek Mkrtçyan Səudiyyə Ərəbistanında Ərəbistan Körfəzinin İnkişaf Fondunun İdarə Heyəti sədri şahzadə Abdul Aziz bin Talal ilə görüş keçirib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair strateji prioritetləri müzakirə edib.

Ermənistanın Sosial Məsələlər nazirliyinin yaydığı məlumata görə, tərəflər qlobal inkişaf meyllərinə uyğun sosial və iqtisadi inkişaf təşəbbüslərini irəlilətmək üçün zəruri addımlar atmağı öhdələrinə götürüblər.

Görüş zamanı 2024-cü ilin noyabrında Ermənistanda keçiriləcək “Sosial ədalətə gedən yol: ləyaqətli iş” konfransına da toxunulub.

Bu konfrans çərçivəsində şahzadə Abdul Aziz Ermənistana səfər etmiş və ölkə rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq sahələrini müəyyənləşdirmək məqsədilə görüşmüşdür.

Şahzadə Abdul Aziz nazirə bildirib ki, onun fondunun idarə heyəti Ermənistanda BMT-nin Əhalinin Məsələləri Fondunun və Ermənistanın İş və Sosial Məsələlər nazirliyinin vasitəsilə qadınların iqtisadi gücləndirilməsi proqramlarının maliyyə dəstəyi qərarını təsdiqləyib.

Bu təşəbbüsün məqsədi qadınların iqtisadi iştirakını və gücləndirilməsini təşviq etmək, gender bərabərliyini və inklüziv inkişafı irəlilətməkdir.

Təşəbbüs çərçivəsində kənd qadınları, zorla köçkün düşənlər, əlil insanlara və digər hədəf qruplarına təhsil, bacarıqların inkişafı, iş bazarına yönləndirmə və digər proqramlar həyata keçiriləcək.

Daha çox göstər
Back to top button