Fransanın Yerli İdarəetmə Orqanlarının nümayəndələri Erməni Soyqırımı Memorial Kompleksinə ziyarət ediblər

BMT-nin İnkişaf Proqramı və Ermənistandakı Fransa səfirliyinin dəvəti ilə Ermənistana gələn Fransa yerli özünüidarə orqanlarının nümayəndələri 2 fevral tarixində Erməni Soyqırımı Memorial Kompleksinə ziyarət ediblər..
Onları Ermənistandakı Fransa səfirinin Fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi və BMT-nin İnkişaf Proqramı nümayəndələri müşaiyyət ediblər. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat yayıb.
Fransadan gələn qonaqlar Erməni Soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirən Memorial abidəsinə çiçək dəstəsi qoyublar.
Daha sonra onlar sönməz məşəl yanında çiçəklərdüzmüş və Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fransa Yerli Özünüidarə orqanlarının nümayəndələri həmçinin Erməni Soyqırımı Muzeyində ekskursiya edərək, daimi və müvəqqəti sərgilərlə tanış olublar.Bundan sonra nümayəndə heyətinin üzvləri Fəxri Qonaqların xatirə kitabında ürək sözlərini qeyd ediblər.







