
Fransanın Le Parisien qəzeti Ruben Vardanyanın saxta məhkəmə prosesinə həsr olunmuş məqalə dərc edib.
“Devrilməli olan adam: Azərbaycanda saxta məhkəmə prosesinin qurbanı Ruben Vardanyan” başlıqlı yazıda Vardanyana qarşı irəli sürülən 42 ittiham (terrorizm, qətllər də daxil olmaqla) qeyd edilir.
Yerli media tərəfindən daim təkrar edilən bu ittihamlar sırasına görə erməni milyarderə 200 ilə qədər həbs cəzası təhdidi var.
Müəllif qeyd edir ki, beynəlxalq humanitar “Aurora” layihəsinin həmtəsisçisi olan uğurlu biznesmenin parlaq gələcəyi 2020-ci ildə dəyişir.
Azərbaycan Dağlıq Qarabağı ələ keçirmək üçün hücuma keçərək əbədi münaqişənin alovunu yenidən alovlandırır.
“Bu müharibə onun üçün qırmızı xətt oldu. Bütün dünyanın erməniləri tək qoyduğunu görmək onun üçün dözülməz idi”- deyə oğlu David Vardanyan bətyan edib.
Ruben Vardanyan özünə regiona sülh gətirmək missiyası hesab edir. 2022-ci il sentyabrında orada məskunlaşır. David sonuncu söhbətlərini xatırlayır: “Mən onun qərarına qarşı idim. Qorxurdum ki, oradan sağ çıxa bilməyəcək”.
Təşəbbüskar biznesmenin planı müvəqqəti olaraq uğur qazanır. 2023-cü il fevrala qədər Dağlıq Qarabağın Dövlət naziri vəzifəsində çalışır, yerli əhalini qidalandırmaq üçün ictimai yeməkxanalar yaradır.
Lakin sentyabrda region yenidən partlayır. Azərbaycan “anti-terror əməliyyatı” adlandırdığı ildırım hücuma keçir. Nəticədə 400 nəfər həlak olur, 120 min erməni Dağlıq Qarabağı tərk edir.
Ruben Vardanyan 27 sentyabrda sərhədi keçməyə cəhd edərkən həbs olunur. Əlləri kəndirlənmiş, iki əsgərlə əhatələnmiş halda çəkilmiş fotoları dünya miqyasında yayılır.
Bunu grotesk hüquqi mübarizə izləyir. Həbsxanada işgəncələrə məruz qalır. 2024-cü il apreldə 2 həftəlik aclıq aksiyasından sonra ailəsi ilə əlaqəsi tam kəsildi.
Cəza kimi 23 gün intizam kamerasında saxlanılıb. Beynəlxalq hüquqşünas Cared Genser yazır: “O, otura bilmirdi, su və qidadan məhrum edilmişdi, işıqlar 24 saat yandırılırdı”.
İnsan hüquqları mütəxəssisi məhkəmə prosesini “göstərməlik”adlandıraraq pisləyir”.
“İttiham aktı tamamilə azərbaycan dilindədir, çünki ittiham olunan Vardanyan bu dildə danışmır.
Azərbaycan mətbuatı onu “hərbi cinayətkar” adlandırır. Bir başqa absurddur ki, 50 yaşını keçən kişi hərbi məhkəmənin qarşısında dayanır, halbuki o, heç vaxt hərbi forma geyinməyib.
“Bu, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının kobud pozulmasıdır” – deyə vəkili qeyd edib, o, müdafiə etdiyi şəxslə birbaşa əlaqədən məhrum olub.
“Düşünürəm ki, o, uzun müddətli cəza alacaq, bəlkə də ömürlük həbs cəzasına məhkum ediləcək” – deyə Genser qeyd edir . Belə bir taleyi Ruben Vardanyana yerli mətbuat vəd edir və onu sevinclə “hərbi cinayətkar” adlandırır.
Bu saxta məhkəmə prosesini təşkil etməklə hakimiyyətlər sanki strateji təmin etmək məsələsində qərarlı görünürlər. “Ruben Vardanyan rejimin ən çox qorxduğu insandır, onu devirmək lazımdır.
İlham Əliyevə bu tarixi məhkəmə prosesi lazımdır ki, Dağlıq Qarabağ səhifəsini bağlasın” – deyə izah edir.
Şiller adına Beynəlxalq Universitetin professoru, “Ermənistanın Coğrafi Siyasəti” əsərinin müəllifi Tigran Yeğhavyandır.
Ruben Vardanyan yanvarın 16-da məktub göndərərək öz məhkəmə şəraitini pisləyib. O, bildirir ki, “nə qəzəb, nə də nifrət” hiss etmir, eyni zamanda bəyan edir: “Əminəm ki, həqiqət qalib gələcək”.







