BaşlıcaSiyasət

Azərbaycan təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin məlumat açıqlanıb

Qazaxıstan Nəqliyyat nazirliyi Azərbaycan təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin məlumat yayıb.

Bildirilir ki, hesabat çərçivəsində aparılan istintaq heç bir tərəfin təqsirinin və ya məsuliyyətinin müəyyən edilməsini nəzərdə tutmur.

Eyni zamanda, sənəddə qeyd olunur ki, “təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və bütün materiallar öyrənildikdən sonra ona yenidən baxıla və əlavələr edilə bilər”.

Məlumata görə, təyyarə vurulub, avtopilotun bağlanması ilə bağlı səs siqnalı səslənib. Təyyarə qəzaya uğramazdan əvvəl nəzarətçilər Qroznıda xüsusi təhlükəsizlik rejimi barədə xəbərdarlıq ediblər.

İlkin məlumata görə, işlər başa çatdıqdan sonra təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrinə dair yekun hesabat hazırlanacaq.

Daha çox göstər
Back to top button