
İran İslam Respublikası, xüsusilə Ermənistan Respublikasının ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Alınan xəbərə görə, bu barədə fevralın 6-da ER-da İranın Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, İran İslam Respublikası regionda davamlı sülh və sabitliyin təmin edilməsini öz əsas öhdəliyi hesab edir.
O, həmçinin Tehranın Cənubi Qafqazda beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşı mövqeyini bir daha təsdiqləyib.
“İran İslam Respublikası beynəlxalq sərhədlərin dəyişdirilməsinə, geopolitik dəyişikliklərə və regional problemlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır” – deyə Ermənistanın İran səfiri vurğulayıb.
Sobhani, İranın Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib.
“Saxta narrativlərin, təhdidlərin, şübhələrin və videoların yaradılması iki ölkə arasında mövcud olan möhkəm münasibətləri pozmaq və ya aramızda parçalanma və şübhələr yaratmaq imkanına malik deyil” – deyərək Mehdi Sobhani qeyd edib.







