BaşlıcaSiyasət

İranın ER-dakı səfiri: “Şübhəli videolar iki ölkə arasında möhkəm münasibətləri poza bilməz”

Saxta hekayələr, təhdidlər və şübhəli videoların yaradılması iki ölkə arasında möhkəm münasibətləri poza, aramızda fikir ayrılıqlarına və şübhələrə səbəb ola bilməz.

Bu haqda  fevralın 6-da jurnalistlərlə görüşü zamanı İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.

Onun sözlərinə görə, qarşılıqlı diplomatik səfərlər və qarşılıqlı anlaşma düşmənlərin iki ölkə arasında münasibətlərdə şübhə və ya anlaşılmazlıq yaratmasına imkan verməyib.

 “Ermənistan və İran arasında münasibətlər qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edir” – deyə səfir əlavə edib.

Yada salaq ki, yanvarın 30-da “Müstəqil Strateji Araşdırmalar Mərkəzi” QHT-nin səhifəsində bir qrup kişinin meydanda Azərbaycan dilində ucadan “Qarabağ” mahnısını oxuduğu video yayımlanmışdı.

Daha sonra hakimiyyət onların Azərbaycan əsilli iranlı olduğunu açıqlayıb.

Daha çox göstər
Back to top button