BaşlıcaSiyasət

Səfir: “İran və Ermənistan arasında Araks çayı üzərində ikinci körpünün tikintisi zərurətdir”

İranla Ermənistan arasında Araks çayı üzərində ikinci körpünün tikintisi zərurətdir. Bunu İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 6-da jurnalistlərlə görüşündə deyib.

O, həm İranın, həm də Ermənistanın bu layihənin həyata keçirilməsinin tərəfdarı olduğunu, layihələndirmə işlərinin aparıldığını, tikintinin də başlayacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin ilk 10 ayı ərzində ölkələr arasında yarım milyondan çox sərhəd səfəri həyata keçirilib.

“Avtobus və minik avtomobilləri nəzərə almasaq, 126 min yük maşını sərhədi keçib.

Ötən il ticarət dövriyyəsi 755 milyon dollara yüksəlib və biz bu rəqəmi 1 milyard dollara, daha sonra isə 3 milyard dollara çatdırmaq istəyirik.

“Aqrak-Kacaran yolunun tikintisində irəliləyiş əldə olunub və üçüncü Ermənistan-İran elektrik ötürücü xəttinin tikintisi yekun mərhələdədir” – deyə Sobhani əlavə edib.

Daha çox göstər
Back to top button